
“Paşa Bank”ın mənfəəti 61 milyon 642 min manat və ya 29.27 faiz azalıb.
Kommersant.az xəbər verir ki, bankın faiz gəliri 64 milyon 52 min manat və ya 13.39 faiz artaraq 542 milyon 55 min manat, faiz xərcləri isə 76 milyon 167 min manat və ya 62.73 faiz artaraq 197 milyon 577 min manat olub. Nəticədə bankın xalis faiz gəliri 12 milyon 254 min manat və ya 3.43 faiz azalaraq 344 milyon 657 min manata enib.
Bankın qeyri-faiz gəliri 14 milyon 697 min manat artaraq 265 milyon 612 min manata, qeyri-faiz xərcləri isə 14 milyon 332 min manat artaraq 360 milyon 72 min manat olub. Yekunda bankın əməliyyat mənfəəti 250 milyon 496 min manat olub. Bu da 2024-cü ilin son rübü ilə müqayisədə 11 milyon 890 min manat və ya 4.53 faiz azdır.
“Paşa Bank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 53 milyon 864 min manat artaraq 48 milyon 215 min manat olub. Eyni zamanda bankın mənfəətə görə vergisi 4 milyon 110 min manat və ya 7.22 faiz azalaraq 52 milyon 786 min manata düşüb.
Qeyd etdiyimiz artım və azalmalar 2025-ci ilin sonunda “Paşa Bank”ın 148 milyon 896 min manat mənfəət əldə etməsinə səbəb olub. Bu, 2024-cü ilin sonu ilə müqayisədə 61 milyon 642 min manat və ya 29.27 faiz azdır.
Paşa Bank
2025 (IV Rüb)
2024 (IV Rüb)
Fərq
Faiz Gəliri
542.055
478.003
64.052
Faiz Xərci
197.577
121.410
76.167
Xalis Faiz Gəliri/Zərəri
344.657
356.911
-12.254
Qeyri-Faiz Gəliri
265.912
251.215
14.697
Qeyri-Faiz Xərci
360.072
345.740
14.332
Əməliyyat Mənfəəti
250.496
262.386
-11.890
Xalis Mənfəət
148.896
210.538
-61.642
.news-tags {
padding-top: 10px;
}
.news-tags span {
display: inline-block;
border: 1px #999 solid;
border-radius: 3px;
padding: 0 10px;
cursor: pointer;
}
.news-tags span:hover {
background-color: #999;
color: #fff;
}
.news-tags span:hover a {
color: #fff;
}
paşa bank
Bank
mənfəət