RU

Xatirə Həsənzadə: Bu müsabiqədə iştirak etmək özü də böyük dəyər daşıyır

Bakı, 22 yanvar, AZƏRTAC

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli mükafatı”nın seçim turuna çoxlu sayda musiqiçilərimiz Bakıdan, Gəncədən və Azərbaycanın digər bölgələrindən öz tələbələri ilə iş prosesini təqdim etdilər. Seçim təbii ki, çətindir. Amma düşünürəm ki, bu müsabiqədə iştirak etmək özü də böyük dəyər daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim, “Üzeyir Hacıbəyli mükafatı” müsabiqəsinin ekspert komissiyasının üzvü Xatirə Həsənzadə deyib.

“Biz izləyicilər olaraq təqdimatlara nəzər yetirdik. Əsasən iş prosesini izlədik. Əsasən müəllimin tələbə ilə fərdi və ya qrup şəklində dərsi necə apardığını və nəticələri necə əldə etdiyini qiymətləndirdik. Müsabiqədə həm nəzəriyyəçi, xanəndə, həm də xalq musiqisi üzrə müəllimlər iştirak edirdi. Yekun qərara isə bütün iştirakçıların ortaq razılığı ilə gəldik”, - deyə Xatirə Həsənzadə deyib.

Избранный
91
azertag.az

1Источники