RU

Ağaverdi Paşayev: Əsas məqsəd milli musiqimizi daha da inkişaf etdirməkdir

Bakı, 22 yanvar, Günel Alıyeva, foto Səfiyar Məcnuun, AZƏRTAC

Bu təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, istər Bakı şəhərində, istərsə də respublikanın müxtəlif bölgələrində musiqi məktəblərində çalışan müəllimlərin iş prinsipi, dərs prosesinə yanaşması, peşəkarlığı və şagirdlə işləmə bacarığı müsabiqədə əsas meyarlar kimi qiymətləndirilib.

Bunu AZƏRTAC-a açıqlamasında “Üzeyir Hacıbəyli mükafatı” müsabiqəsinin ekspert komissiyasının üzvü, professor, Xalq artisti Ağaverdi Paşayev bildirib.

Onun sözlərinə görə, müsabiqə iki mərhələdən ibarət olub. Mərhələlərdən birində müəllimlər dərs prosesini videoformatda çəkərək komissiyaya təqdim ediblər.

“Biz 3–4 gün ərzində çox böyük və məsuliyyətli bir işin öhdəsindən gəldik. Komissiya üzvləri olaraq hər bir müəllimin fərdi videosunu böyük diqqətlə izlədik, təhlil etdik və yekdil qərarla demək olar ki, 19 müəllimin işi yüksək keyfiyyətlə qəbul olundu”, – deyə Ağaverdi Paşayev qeyd edib.

Xalq artisti əlavə edib ki, bu sahədə əsas məqsəd milli musiqimizi daha da inkişaf etdirmək, gənclər arasında ona marağı artırmaq, istedadların üzə çıxması üçün daha geniş imkanlar yaratmaqdır.

 

Избранный
32
azertag.az

1Источники