Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib:
"Bizim Avropa İttifaqının Avropa Komissiyası ilə çox yaxşı münasibətlərimiz var və Davosda Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı ilə xanım Kosla ilə önəmli görüşlər keçirildi, mühüm danışıqlar aparıldı. Bunun fonunda qeyd etmək lazımdır ki, Avropa İttifaqının qanunverici institutu ilə münasibətlər heç də ürəkaçan deyil, Avropa Parlamenti isə ölkəmizə qarşı qərəzli münasibət sərgiləyir. Bu xüsusda qeyd etmək lazımdır ki, Avropa Parlamenti tərəfindən ikili standartlar çərçivəsində münasibətlər nəzərdən keçirilir. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə zərbə vurur və Azərbaycanın strateji tərəfdaşlığı olan ölkələrlə münasibətlərdə gərginlik yaratmağa hesablanıb. Düşünürəm ki, Azərbaycan Avropa İttifaqı ilə çox yaxşı və inkişaf edən münasibətlər fonunda Avropa Parlamenti qərəzli münasibətini başa çatdırmalıdır, çünki Azərbaycan enerji resurslarını Avropa bazarına nəql edir. Bugün də enerji təhlükəsi milli təhlükəsizliyin əsas komponenti hesab olunur".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31