RU

Vüqar Mustafayev Qabonun milli müdafiə naziri ilə görüşüb

Yanvarın 21-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Qabonun milli müdafiə naziri Brigitte Onkanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, nazir V.Mustafayev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib, iki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın gələcəkdə genişlənəcəyinə əminliyini vurğulayıb.

V.Mustafayev son illərdə Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər, mövcud istehsal imkanları, müasir texnologiyaların tətbiqi, habelə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

B.Onkanova səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Qabonun Azərbaycanla müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, bu istiqamətdə yeni əlaqələrin qurulmasının, birgə layihələrin həyata keçirilməsinin hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Görüşdə hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri, bu istiqamətdə əlaqələrin inkişafı və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

01KFGMEG0Q64WBT398B4YJPP3K

Избранный
19
2
poliqon.az

3Источники