RU

Keçmiş məhkum bu dəfə narkotiklə saxlanıldı

Yazını böyüt
Yazını kiçilt

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 60 yaşlı Sabir Abbasov saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilir ki, həmin şəxsdən 6 kiloqdam 633 qram heroin və tiryək aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. S.Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
138
2
hafta.az

3Источники