RU

Almaniya səfirliyi “Qarabağ”ı qələbə münasibətilə təbrik etdi

Almaniyanın Azərbaycandakı səfirliyi “Qarabağ”ın “Ayntraxt” (Frankfurt) üzərində qazandığı qələbə ilə bağlı paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, səfirlik Azərbaycan çempionunu 3:2 hesablı qələbə münasibətilə təbrik edib.

Bildirilib ki, səfir Horlemann və səfirliyin bir qrup əməkdaşı oyunu Tofiq Bəhramov adına Respublika stadionunda canlı izləyib. Paylaşımda matçın gərgin və yaddaqalan futbol axşamı olduğu vurğulanıb.

Qeyd edək ki, “Qarabağ” rəqibini 90+3-cü dəqiqədə vurduğu qolla məğlub edib.

Избранный
40
idmanxeber.az

1Источники