Ötən il Azərbaycanda korrupsiyaya yol verən 18 nəfər cinayət başında saxlanılıb.
Qeyd olunub ki, əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.