RU

“Araz-Naxçıvan” Pisotskini məşqçilər heyətinə qatdı – ARENA.AZ

Baş məşqçi Andrey Demçenkonun istəyi ilə “Araz-Naxçıvan”ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.

Arena.az xəbər verir ki, 39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək.

Ukraynalı mütəxəssislə 5 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb.

Qeyd edək ki, məşqçilər korpusunda Yevgen Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdılar.

Xatırladaq ki, Andrey Demçenko bu qış fasiləsində Elmar Baxşıyevin istefasından sonra Naxçıvan təmsilçisinin baş məşqçisi təyin edilib. Sözügedən komanda qış fasiləsinə qədər keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. “Araz-Naxçıvan” hazırda 26 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Muxtar Respublika təmsilçisi sabah Premyer Liqanın 17-ci turu çərçivəsində səfərdə “İmişli” ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
43
11
arena.az

10Источники