Ajans.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 70kv.m olan üçotaqlı mənzilin mətbəx mebelinin 3p.m hissəsi, soyuducu və paltaryuyan maşın qismən yanıb. Mənzil yanğından mühafizə olunub.