RU

Azərbaycanda ilk dəfə ümumtəhsil məktəbində peşə təmayüllü sinif yaradıldı

Bakı.Trend:

2025–2026-cı tədris ilindən etibarən yaradılan sinifin təşkiliüçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyənedilib və tədris proqramı hazırlanıb. Tədris prosesinin effektivtəşkili məqsədilə məktəbdə xüsusi emalatxana yaradılıb və zərurimaddi-texniki baza ilə təmin edilib.

Trend xəbərverir ki, bununla bağlı MÜTDA məlumat yayıb.

Bildirilir ki, peşə təmayüllü sinif sağlamlıq imkanları məhdudolan 8 şagirdin təhsil aldığı 10-cu sinif üzrə komplektləşdirilib.Sinifdə şagirdlərə tikişçi ixtisası üzrə bilik və bacarıqlaröyrədilir.

Peşə sinfinin fəaliyyəti ilə tanışlıq zamanı dərslər və praktikiməşğələlər müşahidə edilib, şagirdlərin bacarıqları nümayişetdirilib, tədris planı və proqramların icra vəziyyətinə baxışkeçirilib.

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinindirektor müavini Vəfa Yaqublu da iştirak edib. O bildirib ki,məktəbi bitirən şagirdlərin akademik göstəriciləri ilə yanaşı,özünəxidmət vərdişləri, məişət və ev təsərrüfatı sahəsində bəllisəriştələrinin formalaşması vacibdir.

Qeyd edək ki, pilot layihənin icrası xüsusi təhsilə ehtiyacıolan şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə, onların əməkbazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Избранный
102
16
az.trend.az

10Источники