Dünən "Qarabağ"a Çempionlar Liqasında üçüncü qələbənin sevinc hissini yaşadan Bəhlul Mustafazadə karyerası ilə bağlı qərar verib.
Azia.az sportinfo-ya istinadən xəbər verir ki, "Ayntraxt"la matçda "atlılar"a 3:2 hesablı qalibiyyət bəxş edən müdafiəçi klubdan ayrılmaq istəyindədir.
O, klub rəsmiləri və baş məşqçi Qurban Qurbanovla görüşərək, bu niyyəti barədə məlumat verib.
Ağdam təmsilçisində dördüncü mövsümünü keçirən arxa xətt oyunçusu fikrinin qəti olduğunu, yaxın günlərdə planını reallaşdırmağa hazırlaşdığını söyləyib.
"Qəbələ"nin yetirməsi bildirib ki, ona müxtəlif ölkələrdən təkliflər var və məqsədi legioner həyatı yaşamaqdır.
Millinin üzvü 2021-ci ildən "atlılar"ın sıralarındadır. Onun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.