RU

İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edilib - FOTOLAR

Ölkə üzrə ilk dəfə Bakı şəhəri 11 nömrəli xüsusi ümumtəhsil məktəbində peşə təmayüllü sinif təşkil edilib.

Bu barədə “Cebheinfo.az”-a Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyindən məlumat daxil olub. 

Bildirilib ki, 2025–2026-cı tədris ilindən etibarən yaradılan sinifin təşkili üçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyən edilib və tədris proqramı hazırlanıb. Tədris prosesinin effektiv təşkili məqsədilə məktəbdə xüsusi emalatxana yaradılıb və zəruri maddi-texniki baza ilə təmin edilib.

Peşə təmayüllü sinif sağlamlıq imkanları məhdud olan 8 şagirdin təhsil aldığı 10-cu sinif üzrə komplektləşdirilib. Sinifdə şagirdlərə tikişçi ixtisası üzrə bilik və bacarıqlar öyrədilir.

Peşə sinfinin fəaliyyəti ilə tanışlıq zamanı dərslər və praktiki məşğələlər müşahidə edilib, şagirdlərin bacarıqları nümayiş etdirilib, tədris planı və proqramların icra vəziyyətinə baxış keçirilib.

Qeyd edək ki, pilot layihənin icrası xüsusi təhsilə ehtiyacı olan şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə, onların əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Избранный
82
16
cebheinfo.az

10Источники