RU

Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialında 14 istiqamət üzrə 125 xidmət göstəriləcək VİDEO

Tərtər, 22 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialının 2 mərtəbədən ibarət binasında 14 istiqamət üzrə 125 xidmət göstəriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu bu gün Tərtərdə jurnalistlərə müsahibəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

O bildirib ki, Qarabağ Regional DOST Agentliyinin Tərtər filialının binasında xüsusi xidmət zalları var. Bu xidmət zallarında sosial agentlər vətəndaşlara xidmətlər göstərəcəklər. Binada xidmət zallarından başqa inzibati sahələr də mövcuddur.

F.Məmmədov qeyd edib ki, ümumilikdə, DOST Agentliyi bu günə qədər 4 milyon 200 mindən çox vətəndaşa, o cümlədən Qarabağ Regional DOST Mərkəzi 180 minə yaxın vətəndaşa xidmət göstərib.

“Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialı gün ərzində orta hesabla 80 vətəndaşa xidmət göstərəcək. Pik saatlarda bu xidmət artırıla, 150-170 vətəndaşa xidmət göstərilə bilər. Biz çalışacağıq ki, vətəndaşlara sosial müdafiə, məşğulluq və əmək münasibətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərək”, – deyə İdarə Heyətinin sədri bildirib.

 

Избранный
147
azertag.az

1Источники