11:04 22.01.2026
11:04 22.01.2026
Türkiyənin opera müğənnisi Emrah Erdem Gedik dünyasını dəyişib.
Mynews.az xəbər verir ki, İstanbul Dövlət Opera və Baletinin xor sənətçisi, 48 yaşlı Emrah Erdem Gedik Bahçelievlerdə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilinin eyvanından yıxılıb.
Xəstəxanaya aparılan Gedik bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Gedikin cəsədi Məhkəmə Tibbi Ekspertiza İnstitutundakı prosedurlar başa çatdıqdan sonra ailəsinə təhvil verilib. Milli.az
