RU

Hər kəs bu qadından danışır: Ronaldonun Corcinasına oxşayır

İspaniyadan olan üç uşaq anası Viktoriya adlı qadın sosial şəbəkələrdə gözlənilmədən əsl sensasiyaya çevrilib.

Publika.az xəbər verir ki, buna səbəb onun "Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesə inanılmaz dərəcədə bənzəməsidir.

Qadın ötən ay sosial şəbəkə hesablarını açıq edib. O, illərdir həm tanışlarından, həm də yad insanlardan Corcinanın “oxşarı” olduğu barədə sözlər eşitdiyini deyir. Nəticə isə qısa zamanda özünü göstərib: Viktoriya bir ay ərzində "TikTok"da 80 min, "Instagram"da isə bir neçə min izləyici toplayıb.

Onun tünd saçları, dodaqları və zərif geyim tərzi istifadəçiləri o qədər təəccübləndirib ki, şərhlərdən biri viral olub: "O, Corcinanın özündən də çox Corcinaya oxşayır".

@anacaceres2001 El verdadero una nace con la estrella la otra estrellada #georginarodriguez #ronaldo #fyp #viralvideo #viral CHANEL - Tyla

Избранный
55
publika.az

1Источники