RU

İcraçı direktor: Digər xidmətlərin də icbari tibbi sığortanın təminatına alınması ilə bağlı təkliflərimizi təqdim edəcəyik

Bakı, 22 yanvar, AZƏRTAC

Robotik cərrahiyyə hər bir xəstə üçün əlçatan xidmətdir. Bu xəstənin seçimindən asılıdır.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk robotik cərrahiyyə əməliyyatının icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, bir sıra xidmətlər icbari tibbi sığorta ilə bağlı Xidmətlər Zərfinə daxil edilib. “Digər xidmətlərin də icbari tibbi sığortanın təminatına alınması ilə bağlı təkliflərimizi təqdim edəcəyik", - deyə o diqqətə çatdırıb.

Vüqar Qurbanov yanvarın 23-də də Yeni Klinikada robotik üsulla öd kisəsi əməliyyatının icra olunacağını vurğulayıb.

Избранный
139
azertag.az

1Источники