RU

"Onu öldürmək istəmirdim" yalanı kamera görüntüləri ilə üzə çıxdı

Türkiyənin İzmir şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, ötən ilin mart ayında baş verən hadisədə Fatma Kara adlı qadın keçmiş sevgilisi tərəfindən qətlə yetirilib.

Bildirilir ki, Olqun Qacar adlı şəxs küçənin ortsında Fatma Karanı vəhşicəsinə döyərək öldürüb. Hətta sonradan məlum olub ki, Qacar hadisə yerinə gedərkən üzərində tüfəng də olub.

İstintaq məlumatlarına əsasən, Qacar daha əvvəl bir neçə dəfə Fatmaya şiddət göstərməsi səbəbindən barəsində uzaqlaşdırma qərarı verilib.

Qətldən sonra isə Qacar niyyətinin onu öldürmək olmadığını iddia edərək özünü müdafiə edib. Lakin kamera görüntüləri ilə gerçəklər üzə çıxıb.

Избранный
43
publika.az

1Источники