RU

Nazir sabiq bankiri direktor təyin etdi - FOTO

Nazir sabiq bankiri direktor təyin etdi - FOTO

Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor təyin edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nazir Sahil Babayevin əmri ilə Aslanov Emin Şahin oğlu sözügedən vəzifəyə təyin olunub. Digər əmrlə Elm-Tədris Mərkəzinin hazırkı direktoru Nəsirov Fuad Ramiz oğlu vəzifəsindən azad edilib. 

Qeyd edək ki, Emin Aslanov uzun illər ləğv edilən Muğan Bankın "Həyat” filialının müdiri olub. O, 2023-cü ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Qərbi Kaspi Universitetində "Mühasibat Uçotu” və "Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilmişdi. 

1982-ci ildə anadan olan Emin Aslanov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən, 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi adını alıb. (Qaynarinfo)

NazirNazir
Избранный
86
22
fed.az

10Источники