RU

Vətən torpağına qarışan igid – Hikmət Bağırlı



27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda Biləsuvar rayonunun Bəydilli kəndində boya-başa çatan Hikmət Qəhrəman oğlu Bağırlı Vətəninharayına birinci gedənlərin sırasında olub. Yurdumuzun müdafiəsinə qalxandao, 19 yaşında idi.

Qaldı ki, doğma Azərbaycanı özündən çox sevdiyinə görə onun yolunda şəhid olmağı özünə şərəf sayıb. Son damla qanına qədər yağıya qarşı əsl qəhrəman kimi döyüşüb.Bu Vətən sevdalısı gələcək nəsillər üçün örnək olacaq bir hünər göstərərək əbədiyyət dünyasına qovuşub.

30 il düşmən tapdağında qalan Qarabağımızın azadlığı naminə şərəfi döyüş yolu keçən, şəhidlik zirvəsinə ucalmaqlaürəklərdə özünə əzəmətli abidə ucaldanHikmət Bağırlı orta məktəbi yaxşı qiymətlərlə başa vurub. El-obada bu ağıllı, vətənpərvər, işgüzar oğlanaböyük hörmət olub. Doğma Azərbaycanın hər guşəsini özünə əziz bilən Hikmət Qarabağı işğal edən erməni dığalardan qisas almaq məqsədiləordu sıralarına yollanıb. Cəbhə bölgəsində kəşfiyyatçı kimi xidmətə başlayıb.Çox cəsur, qorxmaz bir gənc olmaqla hamı tərəfindən sevilib. Vətən qarşısında borcunu şərəflə yerinə yetirib. Bir qayda olaraqyurdumuzun ərazilərinin işğaldan azad olunacağı günü intizarla gözləyib. Döyüş meydanındagetdikcə güclənən ordumuzunerməni qəsbkarlarına qalib gələcəyinətam inanan Hikməthərbi biliklərə mükəmməlyiyələnib. Təlimlərə həvəslə qoşulub, üzərinə düşən bütün tapşırıqlarıpeşəkarlıqla görüb.

27 sentyabr 2020-ci ildə əsgər Hikmət Bağırlının gözlədiyi gün gəlib.Erməni işğalına son qoyulması üçünVətəntəəssübünüçəkən mərd oğullarla bir cərgədəsilaha sarılaraqsavaşmeydanına girib.Elə ilkçətinəks-hücum əməliyyatlarındadüşmənə sarsıdıcı zərbə vurmaqla onun kabusuna çevrilib. Heç bir hücum zamanı dığalarigid əsgərin qarşısındadayana bilməyib, böyük itki verməkləgeri çəkilib. Hər dəfəazad olunan torpaqlarda üçrəngli qələbə bayrağımız dalğalanandaHikmət yağıya qarşı daha qəddarlıqla davranıb.Ən böyük arzusu da hər qarşı torpaq uğrunda döyüşüb ailəsinə qalib ordunun əsgəri kimi üzüağ dönməsi olub.

HikmətFüzuli istiqamətindəgedən döyüşlərdə yağının başına od ələməklətarix yazıb.Odun- alovun içində göstərdiyi fədakarlığı, hünəriheyrət doğurdub.Düşmənin çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını məhv etməklə özü dəşəhidlik zirvəsinə ucalıb.Nəsibi şərəfli ölüm olan Biləsuvarelinin qəhrəman oğlunun müharibə meydanında göstərdiyi şücaətidövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin və Cəbrayılınazadlığına görə medallarına layiq görülüb.

Hikmət Bağırlı Vətən, torpaq uğrunda şirin canını fəda edib. Buna görə də ürəklərdə yaşamaqla heç vaxt unudulmaz.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
33
baki-xeber.com

1Источники