RU

Ordubadın 3 kəndində elektrik enerjisinin verilişində fasilələr olacaq

Naxçıvan, 22 yanvar, AZƏRTAC

Yanvarın 23-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Düylün” 35/10 kV-luq yarımstansiyadan çıxan “Aza” 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. İşlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12-dən 15-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Избранный
114
11
azertag.az

10Источники