RU

Elçin Əmirbəyov NATO rəsmisi ilə sülh prosesini müzakirə etdi

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda səfərdə olan NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı daimi nümayəndəliyi "X" hesabında paylaşım edib.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə edilib.

Tərəflər həmçinin qeyd ediblər ki, 2025-ci ildə Şimali Atlantika Şurası səfirlərinin Azərbaycana ilk səfəri və Prezident İlham Əliyevlə görüşü NATO ilə tərəfdaşlıq tarixində əhəmiyyətli hadisə olub.

Избранный
70
7
publika.az

8Источники