RU

Azərbaycan–Türkiyə Sağlamlıq Turizmi üzrə onlayn konfrans keçirilib – FOTO 

Görüş zamanı Trabzon İmperial. Xəstəxanasının nümayəndələri ilə Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində mövcud imkanlar, əməkdaşlıq perspektivləri və tibbi xidmətlərin inkişafı ətrafında geniş müzakirələr aparılıb.

Konfrans çərçivəsində aşağıdakı mövzular diqqət mərkəzində olub:

Ən çox tələb olunan tibbi sahələr, o cümlədən:

Kardiologiya və ürək-damar cərrahiyyəsi
Ortopediya və travmatologiya
Plastik və estetik cərrahiyyə
Onkologiya
Check-up proqramları

Azərbaycanlı pasiyentlər üçün xüsusi müalicə paketləri və təkliflər

Pasiyentlərin qəbul prosesi:
müraciət
diaqnostika
müalicə
reabilitasiya
Qiymət siyasəti və sığorta imkanları
Viza, transfer, yerləşmə və logistika dəstəyi
İki ölkə arasında agentlik və klinik əməkdaşlıq modelləri

Marketinq və birgə tanıtım strategiyaları
Pasiyent məmnuniyyəti, keyfiyyət standartları və beynəlxalq sertifikatlar
Konfransın sonunda keçirilən sual-cavab sessiyasında hər iki tərəfin nümayəndələri aktiv iştirak edib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı 2026-cı ildə beynəlxalq platformalarda birgə iştirak, eləcə də qarşılıqlı konfransların, seminarların və infoturların təşkili barədə razılıq əldə olunub. Bununla yanaşı, birbaşa Bakı–Trabzon avia xəttinin mövcudluğu və uçuş sayının artırılmasının iki ölkə arasında sağlamlıq və turizm əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəyi xüsusi vurğulanıb.

image-4-962-500x300image-4-1864

Избранный
49
3
veteninfo.az

4Источники