RU

İki uşaq anası küçədə qətlə yetirildiVİDEO

Bakıda 40 yaşlı qadın küçədə qətlə yetirilib, şübhəli kimi onun həyat yoldaşı saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, cinayət hadisəsi gecə Xəzər rayonunda baş verib.

Polisə məlumat daxil olub ki, Binə qəsəbəsində küçədə qadın bıçaqlanıb.

Dərhal istintaq qrupu hadisə yerinə gəlib və meyitə baxış keçirərkən müəyyən ediblər ki, qətlə yetirilən 40 yaşlı Günel Abbasovadır.

Qonşular deyirlər ki, Günel Abbasova ailədaxili mübahisəyə görə bir neçə müddətdir, həmin ərazidə qalan bacısı ilə yaşayırmış.

Hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Firuz Qasımov Biləsuvar rayon sakini olub. Məlumata görə, ailə son 10 il ərzində paytaxtda kirayədə yaşayıb. Firuz Qasımovun anasının il mərasimindən sonra rayondan Bakıya qayıdaraq cinayəti törətdiyi bildirilir. Cütlüyün 14 və 15 yaşlarında iki oğlu var.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
39
xezerxeber.az

1Источники