RU

"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turu üzrə rəmzi heyətə daxil edilib.

Publika.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionunun üzvü həftənin ən yaxşı futbolçuları sırasında yer alıb.

O, bu uğura Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyundakı performansı ilə nail olub. Ağdam klubu sözügedən qarşılaşmada doğma meydanda rəqibini 3:2 hesabı ilə məğlub edib.

Избранный
81
10
publika.az

10Источники