Futzal üzrə millimiz bu gün yoldaşlıq oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, yeni ildə ilk matçına çıxan komanda Bakı İdman Sarayında Danimarka yığmasını qonaq edib. Görüş bizimkilər üçün yaxşı başlamayıb. 5-ci dəqiqədə rəqib hesabı açıb. Fasiləyə qədər başqa qol vurulmayıb.
İkinci hissəyə millimiz üstün başlayıb. Hesab 27-ci dəqiqədə bərabərləşib. Nihad İsmayılov uzaq məsafədən dəqiq oynayıb. Növbəti qol 32-ci dəqiqədə vurulub. Bu dəfə də qonaqlar fərqlənib. Rəqib 37-ci dəqiqədə daha bir qol vurub. Sona 14 saniyə qalmış qonaqların qapıçısı boş qapını nişan alıb.
Beləliklə ilk oyunda qələbəni Danimarka futzalçıları qazanıb. Bu komandalar arasında növbəti matç sabah, saat 16.00-da, Bakı İdman Sarayında keçiriləcək.
Yoldaşlıq oyunu
Azərbaycan – Danimarka 1:4 (0:1)
Azərbaycan: 1. Emin Kürdov (k), 3. Kənan Manafov, 5. Oktay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov; 22. Kamran Hacıyev, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 17. Ədalət Ələkbərov, 20. Fərid Abbasov.
Baş məşqçi: Yevgeni Kukseviç.
Danimarka: 1. Villiam Rams, 2. İbrahim Badran, 5. Məhəmməd Yusif, 6. Abbas Zankaneh, 10. Mads Falk (k);16. Niklas Fuxs-Kristiansen, 3. Ruben Vinter, 4. Kornelius Ambek-Norqard, 7. Kasper Rasmussen, 8. Rasmus Filipsen, 9. Esayas la Kour, 11. Hans Riken, 12. Zlatan Henic, 15. Tobias Venq.
Baş məşqçi: Nikolay Saabye.
Qollar: R.Filipsen, 4:55 (0:1). N.İsmayılov, 26:25 (1:1). K.Rasmussen, 31:10 (1:2). H.Riken, 36:32 (1:3). N.Kristiansen, 39:46 (1:4).
Vərəqələr: M.Quluzadə, 18:46. Q.Qasımzadə, 32:59 - sarı.
Hakimlər: ƏLİ CƏBRAYILOV, İmran Məhərrəmov, Ramil Namazov (hamısı Bakı).
22 yanvar. Bakı, İdman Sarayı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта