RU

Qonşuda 40 dərəcə şaxta var

Türkiyədə güclü qar və çovğun bəzi vilayətlərdə həyatı iflic edib. Yağıntının çox düşdüyü şəhər və rayonlarda evlər, avtomobillər, avtobus dayanacaqları, istiqamət lövhələri qar altında qalıb. Metbuat.az xəbər verir ki, ölkənin ən soyuq bölgəsi məlum olub. Meteorologiya Baş İdarəsi Hakkarinin Yüksəkova rayonunda son 30 ildə ilk dəfə rastlanan soyuq hava şəraitinin müşahidə edildiyini açıqlayıb. Ötən gecə Yüksəkovada 40 dərəcə şaxta qeydə alınıb. Soyuq hava şəraiti nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Sakinlər donmaması üçün şəxsi avtomobillərinin üzərini kilimlə örtüb, maşınların altında ocaq qalayıblar.

Meteorologiya Baş İdarəsindən soyuq hava şəraitinin həftənin bir neçə gün kimi davam edəcəyi bildirilib.

Избранный
20
metbuat.az

1Источники