RU

Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar son mərhələdədir – Ağ Evin xüsusi elçisi Stiv Vitkov

Ağ Evin xüsusi elçisi Stiv Vitkov 22 yanvarda Davosda keçirilən səhər yeməyində çıxışı zamanı bildirib ki, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar artıq son mərhələdədir.

“Biz böyük irəliləyiş əldə etmişik. Bu prosesin [danışıqların] əvvəlində bir az anlaşılmazlıq var idi. Mən Moskvaya tez-tez gedirdim. Amma düşünürəm ki, ora getməyim vacibdir. Artıq sona çatmışıq. Və mən optimistəm”, – Vitkov deyib.
O, Ukrayna danışıqlar qrupunu tərifləyərək, ABŞ və Ukrayna nümayəndə heyətinin ortaq bir məsələyə çatdığını bildirib.

Lakin o, bunun nə olduğunu dəqiqləşdirməyib. Vitkov həmçinin 22 yanvarda Moskvaya uçacağını təsdiqləyib. Onun sözlərinə görə, Rusiyaya səfərindən sonra “sülh prosesi” üzərində iş Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) davam edəcək. “İşçi qrupları, hərbi personal Əbu-Dabidə işləyəcək. Onlar rifah haqqında danışacaqlar”, – deyə Ağ Evin xüsusi elçisi əlavə edib.

//Samir Qurbanov, Editor.az

Избранный
45
editor.az

1Источники