RU

“Filipp Kirkorov”a 100 min rubl pul göndərən qız PEŞMAN OLDU – FOTO

Qız “Filipp Kirkorov”la şam yeməyi üçün 100 min rubl göndərib və aldadılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyada 30 yaşlı qız məşhur müğənni Filipp Kirkorovun adından istifadə edən dələduzun qurbanı olub.

O, “ulduz”a 100 000 rubl (təxminən 2370 manat) pul köçürüb.

Məlumata görə, saxta Kirkorov qıza messencerdə yazıb. O, yol xərcini ödədiyi təqdirdə qızla restoranda şam yeməyi yeyəcəyini təklif edib.

Bu təklifə inanan pərəstişkar heç nədən şübhələnməyib və tələb olunan məbləği göndərib.

Lakin pul köçürüldükdən sonra fırıldaqçı əlaqəni kəsib və yoxa çıxıb. Yalnız bundan sonra qız aldadıldığını başa düşüb.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
24
interpress.az

1Источники