RU

Fransa Rusiyadan gələn neft tankerini saxlayıb - Makron

Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) Aralıq dənizinin neytral sularında Rusiyadan gələn neft tankerini saxlayıb.

"Unikal" xəbər verir ki, məlumatı Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkə hesabında paylaşıb.

"Bu gün səhər Fransa HDQ beynəlxalq sanksiyalar tətbiq edilən və saxta bayraqdan istifadə etməkdə şübhəli bilinən Rusiya tankerini saxlayıb. Bu əməliyyat bir neçə müttəfiqimizin dəstəyi ilə həyata keçirilib" , - deyə o yazıb.

Fransa lideri məhkəmə araşdırmasının başladığını da əlavə edib: "Biz beynəlxalq hüquqa riayət olunmasını təmin etməkdə və sanksiyaların effektivliyinə zəmanət verməkdə qərarlıyıq".

Избранный
151
31
unikal.az

10Источники