RU

Beyləqanın Bünyadlı kəndində səyyar vətəndaş qəbulu keçirilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin operativ həllinin təmin edilməsi məqsədilə Beyləqan rayonunda səyyar vətəndaş qəbulları davam etdirilir.

Təsdiq olunmuş qrafikə əsasən, 22 yanvar 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Bünyadlı kəndində səyyar qəbul-görüş keçirib. Qəbuldan əvvəl səyyar qəbul iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ekologiya.az bildirir ki, RİH başçısının səyyar qəbulunda Beyləqan rayon prokuroru Elşad Əzimov, icra hakimiyyətinin aparatının məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar, rayon ərazisində görülən işlər, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr barədə sakinlərə ətraflı məlumat verib.
Qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri diqqətlə dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə müvafiq qurumlara göndərilməsi və nəzarətdə saxlanılması barədə tapşırıqlar verilib.
Görüşün sonunda sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Избранный
132
ekologiya.az

1Источники