RU

“O həm xarakter, həm də futbol düşüncəsi baxımından fərqlənən oyunçudu” - "Qarabağ"da yeni ulduz yetişir

“Qarabağ”ın təlim-məşq toplanışına qatılan yeni futbolçulardan biri də Əli Bəşirovdu.

2010-cu ildə dünyaya gələn Əli tanınmış politoloq, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun oğludu. Hətta Xəyal bəy oğlunun futbolla ölkə xaricində məşğul olmasını istəsə də, müəyyən problemlər üzündən alınmayıb. Yazının hədəfi Əlinin Xəyal bəyin oğlu olduğunu çatdırmaq deyil.

“Qarabağ”ın “hədəf” qrupunun üzvü olan yeniyetmə futbolçunu geniş publika indi tanısa da, o, əslində yeni sima deyil. 2024-cü ilin fevralında “Qarabağ”ın U-15 komandasının heyətində Belarusda keçirilən “Bizim gələcəyimiz” turnirinə qatılan yeniyetmə “Srvena Zvezda”nın qapısına cərimə zərbəsindən vurduğu möhtəşəm qolla hər kəsin diqqətini çəkmişdi. Ağdamlılar həmin turnirdə 5-ci yeri tutmuş, Əli isə turnirin ən yaxşı yarımmüdafiəçisi üçün ayrılan mükafata sahib çıxmışdı.

Yeniyetmə ulduz həmin qolun eynisini ötən il oktyabrın 4-də ölkəmizin U-16 yığmasının heyətində Qəbələdə keçirilən 3-cü MDB Oyunlarının finalında da təkrarladı. Əli Rusiya ilə oyunda dubl etməklə yığmamızı 2:0 önə çıxarsa da, baş məşqçi Aqil Nəbiyevin səhvləri üzündən sonda acı məğlubiyyətlə üzləşdik – 2:3.

Bəli, Əlinin istedadından artıq bütün ölkə xəbərdardı. Onun üzə çıxmasında, potensialının açılmasında “Qarabağ”ın U-15 komandasının baş məşqçisi Vüqar Əsgərlinin də əməyi böyükdü. Vüqar bəylə əlaqə saxladıq, yeniyetmə futbolçunun özəllikləri, onun gələcəkdə Azərbaycan futbolunun ulduzu olmaq perspektivi haqda soruşduq:
“Əli Bəşirov həm xarakter, həm də futbol düşüncəsi baxımından fərqlənən oyunçudu. Məşqlərə məsuliyyətli yanaşması və öyrənməyə açıq olması onun əsas üstünlükləridi. Bizim üçün əsas məsələ prosesdi. Düzgün və davamlı çalışsa, addım-addım əsas komandaya yaxınlaşa biləcək oyunçulardandı. Əlbəttə, Əli barədə Aftandil Hacıyevlə də müzakirələrimiz olub. Akademiyada bütün perspektivli oyunçular koordinasiya çərçivəsində dəyərləndirilir”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
26
football-plus.az

1Источники