RU

Niderlandda kilsə binasında yerləşən gümüş muzeyi qarət edilib

Bakı. Trend:

Naməlum şəxslər Niderlandın Dusburq şəhərində Böyük kilsəninbinasında yerləşən gümüş muzeyini qarət ediblər.

Trend bu barədə“Omroep Gelderland” yayım korporasiyasına istinadən xəbərverir.

Məlumata görə, muzeydən 300-dən çox gümüş əşya oğurlanıb, dəymişzərər onminlərlə avro dəyərində qiymətləndirilir. Qarət yanvarın21-nə keçən gecə baş verib. Oğrular iki qapını sındıraraq muzeybinasına daxil olublar.

Bildirilir ki, ekspozisiya videomüşahidə sistemi vəsiqnalizasiya ilə təchiz olunmuş ayrıca zalda yerləşib. Lakincinayətkarlar içəri daxil olan kimi siqnalizasiyanı sıradançıxarıb, müşahidə kameralarını isə dərhal məhv ediblər. Muzeyrəhbərliyinin açıqlamasına görə, bütün gümüş eksponatlar oğurlanıb,ümumilikdə 14 vitrin sındırılıb və onların içindəki əşyalaraparılıb.

Избранный
37
az.trend.az

1Источники