RU

Elvin ÇL-nin ən yaxşıları arasında - FOTOLAR

UEFA Çempionlar Liqasının rəsmi səhifəsi 7-ci turun oyunlarından sonra həftənin rəmzi komandasını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ən yaxşı 11-likdə “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev də yer alıb.

O, Vircil van Dayk, Qunderson və Pedro Porro ilə birlikdə müdafiə “4-lüy”ündə qərarlaşıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev ötən gün “Qarabağ”ın “Ayntraxt”a 3:2 hesabı ilə qalib gəldikləri oyunda 2 qol ötürməsi ilə yadda qalıb.


"Cebheinfo.az" 

Избранный
131
cebheinfo.az

1Источники