RU

Vaqif Xaçaturyan əməliyyat olundu

Bir neçə gün əvvəl Ermənistana təhvil verilmiş məhkum Vaqif Xaçatryan bu gün İrəvandakı Nork-Maraş tibb mərkəzində əməliyyat olunub.

KONKRET.az bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, ürək əməliyyatı uğurla keçib, heç bir ağırlaşma olmayıb. Xaçatryan reanimasiya şöbəsinə yerləşdirilib. Ermənistanın səhiyyə naziri Anahit Avanesyan bildirib ki, onun vəziyyəti əməliyyatın həcminə uyğun olaraq stabil qiymətləndirilir.

Xatırladaq ki, Vaqif Xaçatryan 2023-cü ilin avqustunda Laçın postunda yaxalanmışdı. O, 2026-cı il yanvarın 14-də İrəcana təhvil verilib. Təcridxanada saxlandığı müddətdə o, həkim nəzarətində olmuşdu. Azərbaycan tərəfi Xaçaturyanla birlikdə David Davtyan, Gevorq Sucyan və Vigen Euljekchyanı da Ermənistana təhvil verib.

Избранный
46
konkret.az

1Источники