BAKI, 23 yanvar. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Moskvaya səfər edən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı sahibkar Cared Kuşnerlə görüş keçirir.
Teleqraf xəbər verir ki, bu barədə TASS Rusiya Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, görüşün əsas mövzusu Ukrayna böhranının nizamlanmasıdır. Bununla yanaşı, tərəflərin Rusiyanın “Sülh Şurası”na dəvət olunması məsələsini, eləcə də ABŞ-də əvvəlki administrasiya dövründə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin taleyini müzakirə etməsi planlaşdırılır.
Qeyd edək ki, bu, Stiven Uitkoffun Kremlə sayca yeddinci səfəridir. Görüş Ukrayna məsələsi üzrə aparılan danışıqlar fonunda baş tutur.