RU

Sağlamlığını qorumaq istəyən insan gecə 7-8 saat yatmalıdır

Yazını böyüt
Yazını kiçilt

Çoxsaylı araşdırmalar göstərir ki, yuxunun az olması bir çox sağlamlıq problemlərinə səbəb olur. Yuxu sadəcə istirahət deyil, orqanizmin özünü bərpa etdiyi ən vacib prosesdir. Neçə saat yatmağımız qədər, saat neçədə yuxuya getməyimiz də sağlamlığımız və ömür uzunluğumuz üçün həlledici rol oynayır.

Hafta.az-ın məlumatına görə, Kaliforniya Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, yuxunun həm azlığı, həm də artıqlığı insan sağlamlığına ciddi ziyan vurur.

MedicalDaily xəbər verir ki, alimlərin fikirinə görə, sağlamlığını qorumaq istəyən insan gecə 7-8 saat yatmalıdır. Xüsusi analizlər göstərib ki, bundan az və ya çox yatan insanların qanında xüsusi iltihab zülalların konsentrasiyası artmış olur. Bu zülalların artıqlığı bir çox xroniki xəstəliklərin, o cümlədən hipertoniya, diabet, artrit, astma və hətta bəzi xərçəng formalarının, riskini artırır.

Alimlərin fikirincə, yuxu problemləri immun sisteminə mənfi təsir edir ki, bu da öz növbəsində bir sıra xəstəliklərin riskini xeyli artırır.

Избранный
72
hafta.az

1Источники