RU

Danimarka ABŞ ilə müdafiə müqaviləsinin genişləndirilməsini dəstəkləyəcək

Bakı. Trend:

Danimarka ABŞ ilə Krallıq arasında 1951-ci il müdafiəmüqaviləsinin genişləndirilməsini dəstəkləyəcək.

Trend xəbər verirki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Brüsseldəhəmkarları ilə görüşdən əvvəl açıqlayıb.

Frederiksen bildirib: "Bizim 1951-ci ildən bəri müdafiəmüqaviləmiz var. Əgər onu genişləndirə bilsək, əlbəttə ki, ondanimtina etməyəcəyik".

Məlumata görə, saziş ABŞ-nin Qrenlandiyada mövcudluğununçərçivəsini müəyyən edir. Saziş ABŞ-nin NATO-nun himayəsi altındaDanimarkaya Qrenlandiyanın müdafiəsində kömək etməsini nəzərdətutur. ABŞ bütün Qrenlandiyaya sərbəst giriş hüququna malik olsada, Danimarkanın razılığı olmadan yeni obyektlər yarada bilməz.

Baş nazir vurğulayıb ki, Danimarka və Qrenlandiya ABŞ ilə beləbir razılaşma çərçivəsində işləyə biləcəklərini açıq şəkildəbildiriblər. "Lakin bizim Qrenlandiyanın suverenliyi və özmüqəddəratını təyin etməsi ilə bağlı prinsiplərimiz var və bizonlara riayət edirik", - deyə o qeyd edib.

Избранный
77
az.trend.az

1Источники