RU

“Nvidia” RTX 50 seriyasının istehsalını DAYANDIRDI – Videokart qıtlığı BAŞLAYIR

“Nvidia” RTX 50 seriyasının istehsalını dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə texnologiya dünyasındakı insayderlər məlumat yayıb.

“Nvidia” şirkəti RTX 50 seriyalı videokartların istehsalını faktiki olaraq dayandırıb.

Məlumata görə, şirkət yaxın 6 ay ərzində RTX 5090, 5070 Ti, 5060 Ti 16 GB və 5060 modellərinin buraxılışını dondurub.

Digər modellər – RTX 5080, 5070 və 5060 Ti 8 GB-ın tədarükü isə davam edəcək, lakin onların sayı bazarda çox məhdud olacaq.

Bütün bunlara səbəb yenə də süni intellektdir. “Nvidia” süni intellekt sürətləndiriciləri üçün böyük miqdarda sifarişlər qəbul edib və hazırda kəskin yaddaş çatışmazlığı şəraitində müqavilə şərtlərini yerinə yetirməyə məcburdur.

Bildirilir ki, mövcud vəziyyəti yalnız daha köhnə GDDR6 yaddaşından istifadə edən RTX 3060 və 5050 modelləri qismən xilas edə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
41
interpress.az

1Источники