Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstan "Arda"sı Türkiyədə təlim-məşq toplanışı start götürüb.
Sportinfo.az xəbər verir ki, komanda dünən ilk yoxlama matçını keçirib. Ukraynadan "Kudryovka" ilə üz-üzə gələn "Arda" 1:1 hesablı heç-heçə edib.
Cəlal meydana start heyətində çıxıb və 2-ci hissədə əvəzlənib.
"Arda" Antalyada yoxlama görüşləri çərçivəsində "Viçista" (Polşa), "Ufa" (Rusiya) və "Neftçi" (Öbzəkistan) komandaları ilə üz-üzə gələcək.