RU

Antonio Koşta: Aİ özünü və maraqlarını müdafiə etməyə hazırdır

Avropa və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Arktikanın təhlükəsizliyi sahəsində ortaq maraqları var və bu maraqlar NATO vasitəsilə dəstəklənir. Avropa İttifaqı bundan sonra bu regionda daha fəal olacaq.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu cümə günü gecə yarısı Avropa İttifaqı (Aİ) liderlərinin fövqəladə sammitinin yekunlarına dair mətbuat konfransında Aİ Şurasının sədri Antonio Koşta bəyan edib.

"Avropa İttifaqı və ABŞ uzun müddətdir ki, tərəfdaş və müttəfiqdir. Biz ortaq dəyərlərə əsaslanan və xalqlarımızın rifahı və təhlükəsizliyinə yönəlmiş transatlantik birliyi qurmuşuq. Hesab edirik ki, tərəfdaşlar və müttəfiqlər arasındakı münasibətlər dostluq və hörmət əsasında qurulmalıdır", - O bildirib.

Koşta həmçinin Aİ-nin öz gələcəyi ilə bağlı qərarların qəbulunda Danimarka və Qrenlandiyaya tam dəstəyini, eləcə də beynəlxalq ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib.

"Bu fonda ABŞ-nin Avropa mallarına qarşı yeni tariflər tətbiq etməyəcəyi barədə dünənki elanı müsbət addımdır. Əlavə tariflərin tətbiqi Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasındakı ticarət sazişi ilə bir araya sığmazdı", - deyə o qeyd edib.

Koşta qeyd edib ki, Avropa İttifaqı bu sazişin həyata keçirilməsinə və ABŞ ilə ticarət münasibətlərinin sabitləşdirilməsinə diqqət yetirməyə hazırdır.

Bununla yanaşı, Avropa İttifaqı Şurasının rəhbəri vurğulayıb ki, ittifaq bundan sonra da öz maraqlarını qoruyacaq və hər hansı məcburetmə formasından - bunun üçün lazımi səlahiyyət və alətlər mövcuddur - özünü müdafiə edəcək.

Избранный
37
far.az

1Источники