RU

"Bloomberg": ABŞ ÜST-dən 260 milyon dollarlıq borcu ödəmədən çıxıb

ABŞ yanvarın 22-də Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxma prosesini başa çatdırıb və təxminən 260 milyon dollarlıq borcu ödəməyib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, may ayında Ümumdünya Səhiyyə Assambleyası bu problemin hüquqi həll imkanlarını müzakirə etməyi planlaşdırır.

Amerika lideri Donald Tramp 20 yanvar 2025-ci ildə ABŞ-nin ÜST-dən çıxması barədə sərəncam imzalayıb və qərarını digər ölkələrlə müqayisədə qeyri-proporsional dərəcədə yüksək üzvlük haqları ilə əsaslandırıb. "Bloomberg"in məlumatına görə, Vaşinqton təşkilatın maliyyələşdirilməsini tamamilə dayandırıb, onunla bağlı işçi qruplarda iştirakını kəsib və nümayəndələrini geri çağırıb.

ABŞ-nin ÜST-dən çıxma prosesi Trampın birinci prezidentlik müddətində də başlamışdı. 29 may 2020-ci ildə o, ölkənin təşkilatla münasibətlərini tamamilə dayandırmaq niyyətini açıqlamış və qurumu guya Çinin tam nəzarəti altına düşməkdə ittiham etmişdi. Həmin vaxt ABŞ BMT-yə 6 iyul 2021-ci ildən ÜST-dən çıxacağını bildirmişdi. ABŞ-nin keçmiş prezidenti Co Bayden isə dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gün bu qərarı ləğv edən sərəncam imzalamışdı.

Избранный
29
far.az

1Источники