"Qalatasaray"ın yeni transferi Noa Lanq İstanbula gəlib.
Offsideplus.az xəbər verir ki, niderlandlı futbolçunun keçidi icarə əsasında baş tutacaq.
O, tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
"Sarı-qırmızılar" yayda 30 milyon avro ödəyərək onu birdəfəlik transfer edə bilər.
"Qalatasaray" bu məbləği ödəmək istəməsə, "Napoli"yə 2 milyon avro təzminat ödəməli olacaq.
Lanq cari mövsüm 27 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.