RU

Vens: ABŞ Qrenlandiyanın resurslarına çıxış hüququna malik olmalıdır

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Qrenlandiyanın təhlükəsizliyini təmin etdiyi üçün adanın təbii sərvətlərinə çıxış hüququna da sahib olmalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens "Newsmax" telekanalına müsahibəsində bildirib.

“Birincisi, biz qoruduğumuz, mineral ehtiyatlarla və zəngin resurslarla dolu bu ərazinin sərvətlərindən pay almaq istəyirik”, – deyə Vens vurğulayıb.

Onun sözlərinə görə, Qrenlandiyanın təhlükəsizliyini Danimarka deyil, məhz “ABŞ-ın gücü” təmin edir.

“Ən vacibi isə bu məsələ milli təhlükəsizlik baxımından son dərəcə əhəmiyyətlidir. Özünüzə sual verin: əgər başqa bir ölkə ABŞ istiqamətində qitələrarası ballistik raket buraxsa, nə baş verər? Arktika üzərində nəzarət olmadan bizim raketdən müdafiə sistemimiz tamamilə sabitliyini itirər”, – deyə vitse-prezident qeyd edib.

Vens əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mümkün razılaşmanın “detalları üzərində işləyir”.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
icma.az

1Источники