RU

SOCAR Italiyada 25 yeni YDM açmağı planlaşdırır

Bakı. Trend:

2026-cı ildə İtaliyada SOCAR brendi altında 25 yeni YDM-inaçılması nəzərdə tutulur.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət NeftŞirkətindən (SOCAR) bildiriblər.

Şirkətdən məlumat verilib ki, hazırda ölkədən kənarda SOCARbrendli 564 yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir: “SOCARbrendi altında fəaliyyət göstərən yanacaq doldurma məntəqələrininölkələr üzrə siyahısı aşağıdaki kimidir:

* Avstriya -87 YDM
* İsveçrə -223 YDM
* Ukrayna -54 YDM
* Gürcüstan -103 YDM
* Rumıniya -83 YDM
* Türkiyə -14 YDM”

Azərbaycana gədikdə, şirklətdən bildirilib ki, hazırda SOCARbrendi altında ölkə üzrə 72 yanacaqdoldurma stansiyası fəaliyyətgöstərir: “Onlardan 9-u işğaldan azad edilən Qarabağ və ŞərqiZəngəzur İqtisadi rayonlarında yerləşir”.
SOCAR bu il ölkə üzrə yeni YDM-lərin açılması məsələsinə dətoxunub:

“Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə ilk yanacaqtəminatçısı, ilk yanacaqdoldurma stansiyasını istifadə verən məhz“SOCAR PETROLEUM” QSC olub. Əsas məqsəd aparılan quruculuq işləridövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsiidi. Qeyd edək ki, hazırda QSC-nin uzunmüddətli inkişafstrategiyası hazırlanır. Bu strategiya təsdiq olduqdan sonra cariildə ölkə ərazisində yeni yanacaqdoldurma stansiyalarının açılmasıilə bağlı işlərin icrasına başlanılacaq.”

Избранный
180
2
az.trend.az

3Источники