RU

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiya tankerini saxlayıb

Paris, 23 yanvar, AZƏRTAC

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiyadan çıxmış neft tankerini saxlayıb. Bu barədə Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, gəmi beynəlxalq sanksiyalar altındadır və saxta bayraq altında üzməkdə şübhəli bilinir.

AZƏRTAC xəbər verir ki, Emmanuel Makron əməliyyatın bir neçə müttəfiqin iştirakı ilə və Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına tam uyğun şəkildə həyata keçirildiyini bildirib. Onun sözlərinə əsasən, hadisə ilə bağlı məhkəmə istintaqı başlanılıb və tanker marşrutundan kənarlaşdırılıb.

Fransa Prezidenti beynəlxalq hüququn icrası və sanksiyaların effektivliyinin təmin edilməsi məsələsində qəti mövqeyini bir daha vurğulayıb. Makron Rusiyanın “kölgə donanması” adlandırılan fəaliyyətlərini kəskin tənqid edərək qeyd edib ki, bu gəmilər Ukraynaya qarşı aparılan təcavüzkar müharibənin maliyyələşdirilməsinə xidmət edir.

Избранный
84
2
azertag.az

3Источники