Əhəmiyyətli Amerika qüvvələri Yaxın Şərqdə cəmləşib.
Ucnoqta.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti J.D. Vens Newsmax-a verdiyi müsahibədə ABŞ-ın İrana qarşı siyasətini müzakirə edərkən bildirib.
"Prezidentin oynaya biləcəyi çoxlu kart var. Onun nə edəcəyini dəqiq deməyəcəyəm, amma birdən çox seçimimiz olduğundan əmin olmaq istəyirik. Bölgədə çoxlu qüvvələrimiz var", - deyə o, qeyd edib.
Vitse-prezidentin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp sadəcə əmin olmaq istəyir ki, ABŞ İran həqiqətən axmaq bir şey edərsə ona cavab vermək üçün lazımi resurslara malikdir.