RU

Uşakov: Münaqişə həll olunmayana qədər Rusiya qarşıya qoyulan məqsədlərə nail olmağa davam edəcək

Moskva siyasi-diplomatik həllə hazır olduğunu bildirir, lakin razılaşma olmayacağı təqdirdə əməliyyat hədəflərindən geri çəkilməyəcəyini vurğulayır...

Poliqon xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında Rusiyanın Ukraynadakı münaqişənin siyasi-diplomatik yollarla tənzimlənməsində səmimi şəkildə maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, hələlik bu istiqamətdə real nəticə olmadığı üçün Rusiya xüsusi hərbi əməliyyat qarşısında qoyulmuş məqsədlərə ardıcıl şəkildə nail olmağa davam edəcək.

Yuri Uşakov qeyd edib ki, Vladimir Putin dəfələrlə Rusiyanın böhranın danışıqlar yolu ilə həllini üstün tutduğunu vurğulayıb. Lakin siyasi razılaşma əldə olunmadığı şəraitdə Moskva öz mövqeyindən geri çəkilmək niyyətində deyil və təhlükəsizliklə bağlı prioritetlərini təmin etməyi davam etdirəcək.

Prezidentin köməkçisinin sözlərinə görə, danışıqlar zamanı tərəflər uzunmüddətli və dayanıqlı nizamlanmanın əldə olunmasının əsas şərtlərindən biri kimi ərazi məsələsinin razılaşdırılmış “Ankoric formulu” çərçivəsində həllinin vacibliyini qeyd ediblər. Uşakov bildirib ki, bu məsələ həll olunmadan münaqişənin köklü şəkildə aradan qaldırılmasını gözləmək real deyil.

Məlumata görə, görüşdə Rusiya tərəfdən Vladimir Putin, Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edib. ABŞ tərəfini isə xüsusi elçi Stiv Uitkoff, amerikalı sahibkar və Donald Trampın kürəkəni Cared Kuşner, eləcə də ABŞ Federal Satınalmalar Xidmətinin komissarı Coş Qrünbaum təmsil ediblər. Yuri Uşakov danışıqları məzmunlu, konstruktiv və son dərəcə açıq, etimadlı mühitdə keçən müzakirələr kimi xarakterizə edib.

Poliqon.info

Избранный
39
poliqon.info

1Источники