RU

“Fənərbaxça”dan iki transfer -

“Fənərbaxça” “Kristal Palas”ın futbolçusu Jan Filipp Matetanın xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi “Kristal Palas”ın ulduz futbolçusu üçün təklif irəli sürüb. Türkiyənin “Sabah” qəzetində yer alan xəbərə görə, “Fənərbaxça” hücumçu üçün 35 milyon avro irəli sürüb. Bildirilir ki, ingilis komandası 40 milyon avro transfer haqqı tələb edir.

Həmçinin, “Fənərbaxça”nın NGolo Kanteyə marağı davam edir. Bundan əvvəl, “Fənərbaxça”nın Kante ilə razılıq əldə etdiyi, onun klubu "Əl-İttihad"la danışıqların davam etdiyi iddia edilib.

Избранный
21
metbuat.az

1Источники