RU

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından rəsmi şəkildə çıxıb

Bakı. Trend:

ABŞ rəsmi şəkildə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST)çıxıb.

Trend xəbər verirki, üzvlüyə xitam verilməsi ilə bağlı ABŞ Dövlət katibi Marko Rubiovə səhiyyə və tibbi xidmətlər katibi Robert Kennedi birgə bəyanatyayıblar.

Bəyanatda bildirilib ki, bu qərar COVID-19 pandemiyası dövründəÜST-ün uğursuz siyasətinə cavab olaraq və bunun ABŞ xalqına vurduğuziyanın aradan qaldırılması məqsədilə qəbul edilib.

Sənəddə vurğulanır ki, bir çox beynəlxalq təşkilatlar kimi, ÜSTdə əsas missiyasından uzaqlaşıb və dəfələrlə ABŞ-ın maraqlarınazidd addımlar atıb. “ABŞ təsisçi üzv və ÜST-ün ən böyük maliyyətəminatçısı olsa da, təşkilat Amerika maraqlarına düşmən olanölkələr tərəfindən idarə olunan siyasiləşdirilmiş və bürokratikgündəm həyata keçirib”, – deyə bəyanatda qeyd olunub.

Bəyanata görə, bu yanaşma nəticəsində ÜST amerikalılarınhəyatını xilas edə biləcək mühüm məlumatların vaxtında və dəqiqpaylaşılmasına mane olub, sonradan isə bu uğursuzluqları ictimaisəhiyyə maraqları ilə əsaslandırmağa çalışıb.

Избранный
77
11
az.trend.az

10Источники